Çağlar uğrunda "savaş"?

"Lester" klubu cari mövsümün sonu müqaviləsinin müddəti başa çatacaq Çağlar Söyüncünü komandadan göndərmək istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, Premyer Liqa təmsilçisi 26 yaşlı müdafiəçini qış transfer dönəmində satmağı düşünür.

Türkiyə millisinin üzvü ilə maraqlanan klublar arasında "Fənərbağça" və "Beşiktaş" var. "Qartallar"ın baş məşqçisi Şenol Güneş müdafiə xəttinə yeni oyunçu cəlb etmək istəyir. "Fənərbağça"nın çalışıdırıcısı Jorje Jesus start heyətdə oynayacaq müdafiəçi axtarışındadır. Yaxın zamanlarda klubların Çağlarla danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Çağların satış qiyməti 22 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə