“Rəqib fiziki cəhətdən güclüdür” - ENİS BARDİ

“Rəqib fiziki cəhətdən güclüdür” - ENİS BARDİ

"Rəqib fiziki cəhətdən güclüdür". SİA-nın məlumatına görə, bunu Şimali Makedoniya yığmasının futbolçusu Enis Bardi Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

27 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini bildirib: "Bu gün futbolda favorit yoxdur. Yaxşı oynamaq özümüzdən asılıdır. Finlandiya ilə görüşü təhlil etdik. Buraxdığımız xırda səhvləri düzəltmək lazımdır. Sabah müsbət nəticə əldə edəcəyimizə inanıram".

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə