İtaliyalı hakim Daniele Orsato 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının açılış matçını idarə edəcək. SİA xəbər verir ki, FİFA-dan verilən açıqlamada A qrupunda yer alan Qətər və Ekvador yığmaları arasında keçiriləcək turnirin açılış mübarizəsinə 46 yaşlı Orsatonun təyin edildiyi qeyd edilib.
60 min tamaşaçı tutumuna malik Əl-Beyt stadionunda keçiriləcək qarşılaşma 20 noyabr bazar günü saat 19.00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB