“Barselona”nın və Polşa yığmasının hücumçusu Robert Levandovski 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoritini açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə “SportsCenter” nəşri məlumat yayıb.
“Argentina təkcə qrupumuzun deyil, bütün turnirin favoritidir. Biz bunu başa düşürük. Üstəlik, Leo Messi çox yaxşı formadadır. Kimlə qarşılaşacağımızı bilirik”, - R.Levandovski deyib.
Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnirin açılış oyununda meydan sahibləri Ekvador millisini qəbul edəcək. Həmçinin onlarla eyni qrupda Seneqal və Niderland da oynayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB