Kataloniyalılar yeni futbolçu axtarışına çıxacaq

Kataloniyalılar yeni futbolçu axtarışına çıxacaq

“Barselona” qışda sağ cinah müdafiəçisini transfer etməyə çalışacaq. SİA-nın əldə etdiyi məlumata görə, “Mundo Deportivo” öz mənbələrinə istinadən xəbər verir ki, bu, kataloniyalılar üçün transfer bazarında prioritetdir.

Ancaq əvvəlcə “Mavi Qarnetlər” transfer etmək üçün fürsət tapmalıdırlar. Hələlik "Barselona" yeni oyunçular transfer edə bilmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə