Qətərdə 2022-ci il Dünya Çempionatının kuboku təqdim olundu

Qətərdə 2022-ci il Dünya Çempionatının kuboku təqdim olundu

Qətərdə futbol üzrə Dünya Çempionatının təqdimatı keçirilib. SİA xəbər verir ki, mundialın əsas kubokuna baxmaq üçün dünyanın hər yerindən azarkeşlər böyük növbəyə düzülüblər.

Xatırladaq ki, 2022-ci il futbol üzrə Dünya Çempionatı noyabrın 20-də Qətərdə başlayır.

Qrup mərhələsində 32 komanda hər biri dörd komandadan ibarət səkkiz qrupa (A, B, C, D, E, F, G, H) bölünür. Hər qrupun birinci və ikinci komandaları turnirin 1/8 finalına yüksələcək. Final qarşılaşması dekabrın 18-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə