Avropa çempionatı: Voleybol millimizin rəqibləri müəyyənləşdi

Avropa çempionatı: Voleybol millimizin rəqibləri müəyyənləşdi

Qadın voleybolçular arasında 2023-cü il Avropa çempionatının püşkü atılıb.

SİA-nın əldə etdiyi məlumata görə, İtaliyanın Napoli şəhərindəki tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığma C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstanla mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə