Almaniyanın "Hamburq" komandasının futbolçusu Mario Vuşkoviçdən götürülmüş dopinq-testin cavabı müsbət çıxıb. SİA xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyası (DFB) məlumat yayıb. Xorvatiyalı müdafiəçinin qan nümunəsində eritropoetin maddəsi aşkarlanıb.
DFB-nin Nəzarət Komitəsi artıq məsələ ilə bağlı araşdırmalara başlandığını açıqlayıb. Oyunçunun uzun müddət futboldan kənarlaşdırılacağı gözlənilir.
Qeyd edək ki, Mario Vuşkoviç bu ilin iyulundan "Hamburq"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB