Kiyev "Dinamo"sunun hücumçusu Artem Besedin karyerasını Azərbaycanda davam etdirə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 26 yaşlı ukraynalı hücumçuya Ağdamın "Qarabağ"ı, eləcə də Türkiyənin "Kasımpaşa" və "Sivasspor" klubları da maraq göstərirlər.
Bu arada Ukrayna portalının məlumatına görə, Kiyev təmsilçisi ilə müqaviləsi 2024-cü ilin sonunda başa çatacaq Besedin növbəti transfer pəncərəsində klub qeydiyyatını dəyişə bilər.
Xatırladaq ki, Besedin bu mövsüm "Dinamo"nun heyətində Ukrayna çempionatında 18 oyun keçirib.
Onun hesabında bir effektiv ötürülməsi var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB