"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi İlkay Gündoğanın "Barselona"ya getməsinə razılıq verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə"El Nacional" məlumat yayıb. Bildirilib ki, türkəsilli alman futbolçunun transferinin yanvarda reallaşması mümkündür.
Qeyd edək ki, İlkayın klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Daha əvvəl oyunçu ilə "Bavariya" və "Atletiko"nun da maraqlandığı bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB