İdarəolunan innovativ hərbi sistemlər, müasir aviasiya sənayesi - “dron” texnologiyaları
SİHA/İHA/PUA silahlı insansız hava araçları, pilotsuz uçan aparatlar, süni intellektli robotexnika …
Azərbaycanda çox güclü hərbi sənaye kompleksi yaradılmalıdır və yaradılacaqdır.
İlham Əliyev,
Azərbacan Respublikasının Prezidenti
Günü-gündən avtomatlaşan dünyada süni intellektlə çalışan dronlar, robotlar, o cümlədən robotexnika demək olar ki, həyatın hər sahəsində artıq insanları uğurla əvəz edir. Dron texnoligiyası ilk dəfə ABŞ’da hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə olunmuş və “drone” sözü ingiliscədən “bortunda ekipajı olmayan uçan aparat” mənası daşıyır.
Bu texnologiya bu gün elm və texnikanın geniş tətbiqi sahələrinə yol açmış, tiplərinə görə də 2 formada: təyyarə tipli dronlar - düz qanadlı, vertolyot tipli dronlar - pərli olurlar. Onlar, həm hərbi, həm də mülki təyinatlı əsasən nano, mikro, mini, midi və ağır çəkili olurlar.
Dron texnologiyasında LTE - (long term evolution) inteqrasiya olunmuş yeni nəsl mobil infokommunikasiya - uRLLC (ultra reliable low latency communications) standartı tədbiq olunur. Bu standart, həm sənayenin avtomatlaşdırılması, robotexnika, sürücüsüz nəqliyyat vasitələri, ultra sensorlu distant idarəetmə, telemedisina vəs. sferalar üzrə, həm də İnsan-İnsan (P2P), Maşın-Maşın (M2M), İnsan-Maşın (P2M) bağlantılı “avto- dialoq”ları təmin edir. Dronlar döyüş sahəsi haqqında ən çox lazım olan əməliyyat məlumatlarını rəqəmsal texnologiyalarla anında təqdim edə bilir və fəzada yüksək görüntüləmə qabiliyyətinə malik optik əlaqəli radarlar vasitəsilə də döyüş sahələrini görən “göz”dür.
Onlar, eyni zamanda geniş ərazilərdə gözətləmə və əks hücum proseslərini real vaxt rejimində ağır artileriya və hava qüvvələri ilə koordinasiyalı şəkildə yüksək dəqiqliklə icra edəbilir.
Dronlar hərb sahəsində olduğu kimi mülki məqsədlər üçün də hüquq-mühafizə orqanlarında, tibb, logistika, kənd təsərrüfatı, tikinti, xilasetmə işləri vəs. sferalarda tədbiq olunur. Dron texnologiyasının əsas çatışmayan cəhəti hava şəraitindən asılı olmalarıdır.
Dronlarla müharibələr gələcəkdə, həm insan itkilərinin maksimum azalmasına, həm də ölkələrin hava hücümundan müdafiə ilə radio elektron mübarizə vasitələrinin dron və anti-dron taktika-strategiyasının daha da inkişaf etdirilməsinə gətirib çıxaracaqdır.
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert
Bütün xəbərlər Facebook səhifəmizdə