"Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil" - SƏYAVUŞ HEYDƏROV

"Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil" - SƏYAVUŞ HEYDƏROV

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda İran hökumətinə işləyən casus şəbəkələrinin ifşa edilməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, belə hallar əvvəllər də olub.

"Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək", - o qeyd edib.

Komitə sədrinin müavini söyləyib ki, İran tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil: “Müstəqilliyimizin ilk illərindən başlayaraq belə hallar baş verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə