Rəng duyumu olmayan uşaqlar ətrafı yaxşı qavraya bilmirlər - PSİXOLOQ AÇIQLADI

Rəng duyumu olmayan uşaqlar ətrafı yaxşı qavraya bilmirlər - PSİXOLOQ AÇIQLADI

“İnsanın dünyaya göz açdığı andan etibarən rənglər insan həyatı üçün böyük önəm daşıyır. Elə rənglər var ki, onlar insan psixologiyasına müsbət, digərləri isə mənfi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, hələ balaca ikən uşaqlara fərqli rənglər göstərilir ki, onlarda rəng duyumu olsun: “Rəng duyumu olmayan uşaqlar ətrafı yaxşı qavraya bilmirlər. Bu baxımdan rənglər qavramaya, diqqətə, hətta insan əhvalına, depressive olmasına və ya bunun əksinə belə təsir göstərir.

Qırmızı daha çox iştah açan rəngdir, bu səbəbdən də mətbəxdə bu rəngdən çox istifadə olunur. Bənövşəyi rəng isə sakitləşdirici funksiya daşıdığı üçün onu yataq otağında istifadə edirlər.

Uşaqlar daha çox narıncı, sarı, yaşıl kimi şıltaq rəngləri sevirlər. Lakin elə uşaqlar da var ki, onlar elə doğulandan öz cinslərinə uyğun rəng bəyənirlər. Təsir baxımından isə insan yaş artdıqca rənglərin təsiri də artır. Hətta bu təsir onların birbaşa əhvalı ilə bağlı olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə