Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. SİA xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri Firudin İlyasov və Novruz İlyasov saxlanılıblar. Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə