Xəbərdarlıq: noyabrın 14-dən 16-dək hava "pisləşəcək"

Xəbərdarlıq: noyabrın 14-dən 16-dək hava "pisləşəcək"

Noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə