Uşaqlar İnsan Hüquqları üzrə Müvəkkillə görüşüb - FOTO

Uşaqlar İnsan Hüquqları üzrə Müvəkkillə görüşüb - FOTO

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakınümayəndəliyi, Azərbaycan Respublikasının İnsanHüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm vəTəhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyitərəfindən birgə icra edilən 20 Noyabr – ÜmumdünyaUşaqlar Gününə həsr edilmiş kampaniya çərçivəsindəəhalinin həssas kateqoriyasına aid bir qrup uşağın müxtəlif qurumlara səfərləri və rəhbər şəxslərlə görüşləri təşkil edilir.

SİA xəbər verir ki, şərti olaraq “Uşaqlar vəzifə başında” adlandırılan, uşaqların erkən yaşlardan idarəetmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və özünə inam hissinin artırılmasına dəstək məqsədi daşıyan növbəti belə görüşAzərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə keçirilib.

Görüş zamanı uşaqlar İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının fəaliyyəti barədə genişməlumatlandırılıb, eləcə də Səbinə Əliyeva ilə birgəidarəetmə prosesində fəal iştirak edərək, ölkəmizdə uşaqhüquqlarının təmin edilməsi ilə bağlı maraqlı təklif vətəşəbbüslərlə çıxış ediblər.

Qeyd edək ki, kampaniya uşaq hüquqlarını təşviqetmək, məktəb icmaları, ictimaiyyət nümayəndələriarasında maarifləndirmə işi aparmaq, eyni zamandauşaqların bilik və bacarıqlarının artırılmasına və fərdiinkişafına töhfə vermək məqsədilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə