11 noyabr 2022-ci il tarixində Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilmişdir. Aksiya Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində Türyançay çayının sol sahilində təşkil olunmuşdur.
Əvvəlcə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilmiş, quyular qazılmışdır. Həmin əraziyə aksiya iştirakçıları tərəfindən 300 ədəd xan çinar ağacı əkilərək suvarılmışdır. Ağacəkmə aksiyasında YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İsmayıl Yusifzadə, ərazi partiya təşkilatlarından olan gənclər, ümumilikdə 100 nəfərdən artıq partiya fəalı iştirak etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB