"Xüsusi zolaqların təşkili üçün iş aparılır" - QURUM RƏSMİSİ AÇIQLADI

"Xüsusi zolaqların təşkili üçün iş aparılır" - QURUM RƏSMİSİ AÇIQLADI

“Ümumilikdə gündəlik aparılan təhlillərə əsasən qeyd edə bilərəm ki, avqust ayının ortalarından başlayaraq paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunur. Yeni tədris ilinin başlaması ilə nəqliyyat sıxlıqlarının intensivliyi də artıb. Hazırda biz elə bir mərhələyə çatmışıq ki, bu gün demək olar bütün yollarda nəqliyyat sıxlığı var və hətta artıq pik saat anlayışı da əhəmiyyətini itirib”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, çünki əksər yollarda qeyri-pik saatlarda da sıxlıq, bir çox hallarda isə tıxac müşahidə olunur: “Bunun da başlıca səbəbi sürətli avtomobilləşmədir. Mövcud vəziyyət əlbətdəki ən çox müntəzəm marşrut xətləri üzrə avtobusların qrafik üzrə stabil hərəkətinə mənfi təsir göstərir. Nəticədə hər gün yüz minlərlə ictimai nəqliyyat istifadəçisi yollarda lüzumsuz vaxt itirir, əsəb və stress yaşayırlar. Beləliklə də şəhərin hərəkətlilik imkanları mobillik imkanları əhəmiyyətli dərəcə aşağı düşür. BNA bu vəziyyətin olacağını illər əvvəllər proqnozlaşdırırdı, biz bilirdik və buna görə də israrla dayanıqlı şəhər mobilliyi prinsiplərinin mrəhələ ilə tətbiqinə çalışırdıq ki, indiki mənəzərə ilə üzləşməyək. Bu mənada bir daha qeyd etmək istərdim ki, mütləq şəkildə dayanıqlı şəhər mobilliyinin prinsipləri rəhbər götürülməklə addımlar atılmalıdır ki, payyaxt yollarında vəziyyət müsbətə doğru dəyişsin. Bunun üçün isə ilk növbədə ona nail olnmalıdır ki, insanların ictimai nəqliyyata etimadı artsın. İlkin mərhələdə avtobuslar üçün xüsusi zolaqlar təşkil olunmalıdır və bu zolaqlar şəbəkə halında bütün marşrut boyunca formalaşmalıdır. Belə olan halda ictimai nəqliyyatın səmərəli fəaliyyətinə nail olmaq mümkündür. BNA bu istiqamətdə səlahiyyətləri çərçivəsində müəyyən addımlar atır, əsas ictimai nəqliyyat dəhlizləri hesab olan ərazilərdə xüsusi zolaqların təşkili üçün iş aparır. Lakin bununla paralel və zəruri olan xüsusi zolaqların tələbinə riayət olunmasıdır. Yəni digər sürücülər avtobusların hərəkət üstünlüynə anlayışla yanaşmalı və xüsusi zolaqla hərəkətə orda nəqliyyat vasitəsini park etməkdən çəkinməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə