Polad Həşimova həsr edilmiş “Əfsanəvi General” kitabının təqdimatı olub - FOTOLAR

Polad Həşimova həsr edilmiş “Əfsanəvi General” kitabının təqdimatı olub - FOTOLAR

Niderland Krallığında fəaliyyət göstərən Benelüks Azərbaycanlıları Konqresinin (BAK) fəal üzvü, Rotterdam həftəsonu məktəbinin ilk rəhbəri və müəlliməsi, şair-publisist Yasəmən Əkbərovanın şəhid general-mayor Polad Həşimova həsr etdiyi “Əfsanəvi General” adlı kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, təqdimata şəhid general-mayorun ailə üzvləri - anası Səmayə xanım və bacısı Kəmalə xanım dəvət olunub. Tədbirə hərbçilər, şairlər, yazıçılar, ictimaiyyətin nümayəndələri qatılıblar.

BAK torpaqlarımız uğrunda canını qurban vermiş Azərbaycan oğullarının xatirəsini daim ehtiramla anır və mədəni tədbirlər vasitəsilə xatirələrini əziz tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə