Şəhid Səid Həsənovun xatirəsinə həsr edilən bulağın açılışı olub
Cəlilabad rayonunda şəhid Səid Sarıbala oğlu Həsənovun xatirəsinə həsr edilən bulağın açılışı olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bulaq rayonun Əsədli kəndində tikilib.
Açılış mərasimində rayon rəsmiləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhidin keçdiyi döyüş yoluna nəzər salıblar. Onun döyüşlərdə göstərdiyi böyük şücaətdən danışılıb.
Daha sonra bulağın açılışı olub və şəhidin məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhid gizir Səid Həsənov sentyabrın 13-14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olub.
Xüsusi Təyinatlı Qüvvələrin giziri Səid Həsənov 44 günlük Vətən müharibəsində böyük şücaət göstərib və "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə " medalları ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB