“Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri rəsm müsabiqəsi və sərgisinin təşkili” - FOTOLAR

“Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri rəsm müsabiqəsi və sərgisinin təşkili” - FOTOLAR

Noyabrın 7-də Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri -– rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinə start verilib. SİA xəbər verir ki, “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri –- rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin məqsədi milli-mədəni irs nümunələrinin tanıdılması kimi ümummilli işə töhfə verməkdir. Layihə qədim tariximizin və mədəni irsimizin təbliği baxımından ölkəmizdə görülən işlərə layiqli töhfə verəcəkdir.

Layihənin ilk günündə 20 nəfər yeniyetmə və gənc iştirak etmişdir.

Qeyd edək ki, layihə 3 mərhələdən ibarətdir: maarifləndirmə tədbirləri, sərgi və iştirakçıların sertifikatlar ilə təltif olunması.

Bütün xəbərlər Facebook səhifəmizdə