Əsrin bəlasına çevrilən narkomaniya bəşəriyyəti narahat edən ən mühüm problemlərdən biri kimi bu gün də gündəmdə qalmaqdadır. Bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal iştirak etməlidir. Ən əsası da narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcu olmalıdır. SİA olaraq bizdə bu məsələ ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışdıq.
Şəhər sakini Akif Abdullayev: " Narkomaniya çox pis bir şeydir. Ondan uzaq olmaq lazımdır. Mən valideyn olaraq övladlarıma bununla bağlı öz tövsiyyələrimi hər zaman verirəm və çox şükürlər olsun ki, övladlarım belə zərərli vərdişlərdən uzaqdır. Hətta onuda deyim ki, övladlarım heç siqaretdən belə istifadə etmirlər".
Şəhər sakini Lalə Ələkbərzadə: Narkomaniya ilə mübarizə aparmaq üçün çalışan vətəndaşlarımız günü gündən artır. Mənimdə evimdə kiçik az yaşlı övladlarım var. Məndə narkomaniya ilə bağlı uşaqlarıma öz tövsiyyələrimi verirəm. Onuda deyə bilərəm uşaqları ibtidadi məktəbdən başlayaraq bu məsələ ilə bağlı maarifləndirici tədbirlər görülsün. Məktəblərdə üç aydan bir hansısa proqaram şəkilində tədbirlər keçirilsin və onun fəsadları haqqında uşaqlara ümumiyyətlə vətəndaşlara məlumatlar verilsin. Amma yenədə valideynlərin uşaqlara verdiyi tərbiyə mənim fikrimcə daha mühüm rol oynayır bu məsələdə".
Şəhər sakini Əbülfəz İsgəndərov: "Mənim fikrimcə bu məsələ ilə bağlı dövlət orqanları lazımi tədbirləri görürlər. Düşünürəm ki, hər şey qaydasındadır. Mənim fikrimcə hər şey təhsildən və savaddan başlayır. Ona görə də məktəblərdə və universitetlərdə bu məsələ ilə çoxlu mütailələr aparılmalıdır. Təbii ki, ailə tərbiyəsindən də çox şey asılıdır".
Şəhər sakini Kəmalə Nəsibova: " Əlbəttə ki, narkomaniya ilə mübarizə təkcə ailədə yox cəmiyyətdə də olmalıdır. Nəzərə alsaq ki, məktəbə qədər olan uşaqları belə evdə maarifləndirmək lazımdır. Tanımadıqı insanlardan uzaq durmağı və heç kimin əlindən konfet və ya başqa bir şey almasınlar. Cünki bu elə bir bəladır ki, bu bəlaya düçar oldunsa çıxmaq həqiqətən çətin olur".
Şəhər sakini Əşrəf Yahyayev: " Mən bir şagird olaraq deyə bilərəm ki belə hadisələrlə rastlaşdıqım zaman uzaq olmağa çalışıram. Məktəbimizdə də bununla bağlı silsilə tədbirlər keçirilir. Biz şagirdlər bu tədbirlərdə iştirak edərək bu bəlanın necə pis bir şey olduğunu başa düşürük. Mən onu da deyə bilərəm ki, biz yeniyetmə və gənclər bu bəladan uzaq durmalıyıq".
Şəhər sakini İsmayılov Ömər: "Məndə hər zaman çalışıram ki, elə ortamlardan uzaq durum və o əhatəyə düşmüyüm. onsuzda elə əhatəyə düşəcək biri də deyiləm. Dostlarıma və yaxınlarımada tövsiyyə edirəm ki elə əhatələrdən və insanlardan uzaq olsunlar və özlərini qorusunlar. Narkomaniya elə bir bəladır ki, insanı yavaş-yavaş həyatını söndürür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB