İnsanlar ahəng yarada bilsələr problemlər daha tez öz həllini tapar - SOSİOLOQ AÇIQLADI
“Hər bir ölkənin inkişafını xarakterizə edən göstəricilərdən biri də onun insanlarının davranışıdır. İnsanların istənilən mühit daxilində sərgilədikləri davranışlar onların yaşadıqları ölkənin inkişafından da xəbər verir. Təbii ki, hər bir davranış elə olmalıdır ki, insanlar öz ətrafında daha çox ahəng yaratsınlar”. Bu sözləri SİA-ya açıqlmasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, mənim təbliğ etdiyim və dünyada da çox müsbət qarşılanan “Ahəngyol” elmi də bu barədə olduqca geniş tövsiyyələr verir və bir çox araşdırmalara sahibdir. Bir insan öz ətrafında agəng yaradan davranış göstərisə, o daha mədənidir.
Əgər insanlar hər hansısa bir mühitdə ətraflarında aHəng yarada bilsələr orada problemlər daha tez öz həllini tapar. Eyni zamanda bu mədəni davranış ölkənin beynəlxalq aləmdə imicinin də müsbət mənada dəyişməsinə böyük kömək göstərir. Təsəvvür edin ki, ölkəmizdə hər gün minlərlə qonaqlar olur. Təbii ki, həmin şəxslər ölkə ərazisində biri-birilə mədəni və səmimi münasibətdə olan insanlarla qarşılaşarlarsa, bu zaman ölkə ilə bağlı fikirlərinə bir müsbət daha əlavə olunar. Buna görə də ətrafımızdakı insanlarla ahəng yaradaraq davranmağımız həm ölkə əhalisi üçün, həm də şəhərimizin qonaqları üçün olduqca xoş olar.
Çalışmaq lazımdır ki, hər bir mənada uşaqların yetişdirilməsi zamanı da bu məqamlara diqqət edilsin. İnsanlar başa düşməlidir ki, ahəng yarada bilmək mədənilik göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB