"Xaricdən maşın alarkən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin müvafiq maddələrində altı növ qiymətləndirmə üsulu var. Birinci üsul sövdələşmə qiyməti üsuludur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi hər zaman altıncı üsul ilə qiymətləndirməni aparır. Nədir bu altıncı üsul? Altıncı üsul ehtiyyat üsul da adlanır, yəni xaricdən dörd min dollara alınan avtomobil Azərbaycanda gömrükdən keçərkən dörd min manata gömrük rüsumundan keçir. Təqribi qiymət 60 və ya 70 faiz bahalı gəlib çıxır. Gürcüstanı və digər Cənubi Qafqaz ölkələrini müqayisə etsək görərik ki, həmin dörd min dollara alınan avtomobil 500 dollara heç rəsmiləşdirilmir. Bu sahədə Vətən qazilərinə və veteranlarına da bildiyim qədərilə heç bir imtiyazlar göstərilmir. Ümumiyyətlə düşünürəm ki, buna ümumi bir qayda gətirmək lazımdır. Hansısa bir xarici vətəndaşın on iki min dollara sürdüyü maşını Azərbaycanda əlli min manata sürmək məcburiyyətində qalır. Burada ciddi bir şəkildə balansın pozulması var və düşünürəm ki, bununla bağlı ilk növbədə qanunvericilikdə dəyişikliklər edilməlidir. Bilirik ki, dövr elm texnika dövrüdür və hal-hazırda "HİBRİD" avtomobillərə daha çox üstünlük verirlər. Bu istiqamətdə də həmin qanunvericilikdə dəyişikliklər edilməlidir. Yəni Azərbaycan vətəndaşı dörd min dollara aldığı maşını dörd min manata rəsmiləşdirməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB