Şuşaya noyabr ayı üzrə avtobus biletlərinin hamısı satılıb

Şuşaya noyabr ayı üzrə avtobus biletlərinin hamısı satılıb

Bakı-Şuşa və Əhmədbəyli-Şuşa-Əhmədbəyli müntəzəm avtobus reysinə noyabr ayına olan biletlərin hamısı satılıb.

Bu barədə SİA-ya "Yolumuz Qarabağa" portalına (www.yolumuzqarabaga.az) istinadən xəbər verir.

Qeyd edək ki, Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları bu il yanvarın 24-dən həyata keçirilir. İyunun 25-də isə Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə