Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin ikinci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Laçında ağacəkmə aksiyası keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, 8 Noyabr - Zəfər Günündə Laçında təşkil olunan ağacəkmə tədbirində yerli iqlim şəraitinə uyğun min ədəd müxtəlif növ ağac tingi əkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə