Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayının təşkilatçılığı ilə N saylı hərbi hissədə “Zəfər günü” münasibəti ilə konsert proqramı təşkil edilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Zəfər gününün tarixi haqqında geniş məlumat veriblər.
Bədii hissədə Mədəniyyət Sarayının yaradıcı və özfəaliyyət kollektivləri, “Xarı Bülbül” rəqs qrupu, solistlər Svetlana Quliyeva, Nəzakət Vüqarlı və Namiq Xəlilovun çıxışları əsgər və zabitlər tərəfindən böyük coşğu ilə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB