Ağcabədidə şəhid Məhəmməd Məmmədovun xatirəsi anılıb

Ağcabədidə şəhid Məhəmməd Məmmədovun xatirəsi anılıb

Ağcabədi rayon sakini Məhəmməd Məmmədovun Vətən müharibəsində şəhadətə yüksəlməsindən iki il keçir. Bununla bağlı Ağcabədi şəhərindəki Qəhrəmanlar Parkında anım mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları şəhidlərin məzarları önünə qərənfillər düzərək, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Vətən müharibəsində qazanılan Zəfərdən və şəhid Məhəmməd Məmmədovun döyüş yolundan danışılıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyi, əsgər və zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığı bildirilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edən Məmmədov Məhəmməd Abbas oğlu Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci noyabrın 7-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə