Lerikdə Vətən müharibəsi şəhidi Vüqar Mövlanovun xatirəsi anılıb

Lerikdə Vətən müharibəsi şəhidi Vüqar Mövlanovun xatirəsi anılıb

Lerikdə Vətən müharibəsi şəhidi Vüqar Mövlanovun xatirəsi anılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, anım mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, icra aparatının nümayəndələri, şəhidin ailə üzvləri və yerli sakinlər iştirak ediblər. Mərasimdə şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov şəhidin ailəsinin qayğı və problemləri ilə maraqlanaraq onlara vətənpərvər ruhda övlad böyüdüb tərbiyə etdiklərinə görə təşəkkürünü bildirib.

Şəhid atası Tumarxan Mövlanov övladına verilən dəyərə, qiymətə və diqqətə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, şəhid Mövlanov Vüqar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə