Zaqatalada polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Zaqatalada polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Zəfər Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ailə üzvlərini ziyarət ediblər.

SİA-nın AZƏRTAC-a istinadən DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, ziyarət zamanı xalqımıza qələbə sevinci yaşadan şəhidlərimizin qəhrəmanlıqlarından danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb. Gələcək nəsillər üçün də örnək olan qəhrəman oğullarımızın əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Görüşlər zamanı polis əməkdaşları gətirdikləri sovqatları ailələrə təqdim edib, onların qayğıları ilə maraqlanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə