Zəfər Günü Sumqayıtda möhtəşəm konsert və atəşfəşanlıq olacaq - ANONS

Zəfər Günü Sumqayıtda möhtəşəm konsert və atəşfəşanlıq olacaq - ANONS

Noyabrın 8-də Zəfər Günü münasibəti ilə Sumqayıt şəhərində möhtəşəm konsert və atəşfəşanlıq olacaq. SİA xəbər verir ki, Azərbaycanın tarixi zəfərinin ikinci ildönümü münasibəti ilə keçiriləcək konsert proqramı Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək.

Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Faiq Ağayev, Mir Yusif, Aygün Kazımova, Mübariz Tağıyev, İlhamə Qasımova, Məleykə Əsədova, Təyyar Bayramov, Aytən Məhərrəmova, Amil Həsənoğlu, Sədəf Budaqova, İlkin Əhmədov və "Natiq" Ritm Qrupu iştirak edəcəklər.

Konsert proqramının aparıcıları tanınmış simalar - Saleh Bağırov və Lalə Azərtaş olacaq.

Konsert proqramı noyabrın 8-də saat 18.30-da başlayacaq və saat 21.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə