Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Onlardan biri də psixologiyadır. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. Bu elmin tarixi isə çox qədimdir.
Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin eramızdan əvvəl IV əsrdə "Ruh haqqında" traktatında şərh olunub. Məqsədimiz psixologiya elminin dərinliklərinə getmək olmasa da, bu elmin mükəmməl bilicilərinə üz tutmaqdır. Onlardan biri də “Modern RN” Nitq İnkişafı Mərkəzinin təsisçı-direktoru, psixoloq Nigar xanlm Muradovadır:
Qısa arayış: Nigar Ramiz qızı Muradova - 1971 ci ildə qədim Şamaxı rayonunda anadan olub. O ilk təhsilini Şamaxı şəhər M.K.Veysov adına 6 № li orta məktəbində alıb və məktəbi “Qızıl medal”la bitirib. Uşaqlıqdan ən yüksək ödülləri almaqla başlayan N.Muradova ali təhsilini BDU-nin Sosial elmlər və psixologiya fakültəsində alıb. Daha sonra qardaş Türkiyə Respublikasındakı Ankara Dövlət Universitetində disstant təhsil alıb. Psixologiya elminin dərinliklərini öyrənib, cəmiyyətə daha yararlı və faydalı olması üçün hər zaman öz üzərində mükəmməl çalışıb. 2016-cı ildə “MODERN RN” Nitq İnkişafı Mərkəzini yaradıb və həmin mərkəzin təsisçi-direktorudur.
Nigar xanımla söhbətimizi məhz pasientlərin üzərində qurmaq istədik. O bildirdi ki, problemli ailələr, uşaqlarla işləyib onların problemlərini maksimum dərəcədə həll etməkdə yardımçı olub. Bütün bunlarla yanaşı 44 günlük şanlı Zəfər tarixini bizə yaşadan qəhrəmanlarımızın keçdiyi amansız döyüş yolu - şəhid ailələri və qazilərimizin psixoloji anlamda bir çox problemlərlə üzləşməsinə səbəb oldu. Bilirik ki, fiziki və ya mənəvi ağrı insanı var olduğu müddət ərzində izləyən həyat gerçəkliklərindən biridir. Psixoloji aspektdən ağrı müxtəlif həyat hadisələri zamanı ortaya çıxan, ruh düşkünlüyü, inciklik, intihar meylləri ilə də müşayiət oluna bilir. Odur ki, qapılarını hər bir şəhid ailələri və qazilərimizə açan psixoloq Nigar Muradovanın zəhməti danılmazdır. O deyir: Bu gün dövlətin yüksək qayğısı ilə əhatələnmiş şəhid ailələri və qazilərimiz cəmiyyətin də yaralı yeridir. İnanmıram dünyada elə bir azərbaycanlı tapılsın ki, şəhidlərimizin acısını, qazilərimizin ağrısına biganə qalsın. Əlbəttə, bu sahədə mən də əlimdən gələn köməkliyi əsirgəmirəm. Şəhid ailələri, qazilərlə olan işlər məni hər zaman qürurlandırıb. Qazilərimizlə psixoloji seanslar və terapiyalar yüksək nəticə verib. Səhərdən axşama kimi durmadan onlarla, pasiyentlərlə iş aparıb, seans - terapiyalar edirəm. Onların ağrıları azalanda, əhval-ruhiyyəsi düzələndə mən özümü xoşbəxt sanıram. Bütün yorğunluqlarımı unuduram. Axı, onlar bizim rahat yaşamağımız üçün şirin canlarına qıydılar. Göz qırpmadan Vətənin xilasına atıldılar. Odur ki, ümumilikdə onlar üçün nə etsək, azdır...
Mükafatları həddindən artıq çox olan Nigar xanım üçün ən mükəmməl hesab etdiyi mükafat Qazi və Şəhid ailələri ilə sıx işlərinin nəticəsi olaraq, MAM-nin - Hərbi vətənpərvərlik layihəsi olan “DƏMIR YUMRUQ” mükafatıdır. “Bu mükafat mənim uğurumdur və zəhmətimin dəyəri kimi qiymətləndirirəm” deyən, Nigar Muradova bu mükafata layiq görüldüyü üçün çox şanslı olduğunu düşünür və deyir:
Hər zaman bir fraza olaraq demişəm: - “Insan öz zəhməti ilə ucala bilir. Bunun bariz nümunəsi kimi özümü misal çəkə bilərəm. Bəzən gecə saatlarına kimi, bəzən də gecədən keçmiş olmasına baxmayaraq, psixoloji durumunda ciddi problem yaşayan ağrılı insanların yanında oluram. Onlara xidmət edib, yüksək nəticə alanadək, onların ruhən sakitləşməsinə səbəb oluramsa, nə xoş mənə... Bunu Yaradanın mənə ötürdüyü şəfa enerjisi və bir missiyam kimi dəyərləndirirəm.
Valideyinlərimin mənə verdiyi doğru - düzgün tərbiyə və təhsil almağımda hər zaman dəstək olmaları, bu gün mənim cəmiyyət üçün, insanlar üçün faydalı şəxsiyyət kimi yetişməyimə səbəb oldu. Odur ki; Təşəkkür edirəm, əziz Atam və əziz Anam!...
Bunu deməkdə məqsədim odur ki, ailələrdə övladlarına olan biganəlik yaxşı nəticə vermir.Tövsiyyə edirəm ki, ailələrdə övladların formalaşmasında valideynin rolu çox böyükdür və onlar bunu düzgün qiymətləndirsinlər.
Nigar xanımın danışmayan və dərketməsində problem yaşayan usaqlarla apardığı təlimlər, ailələrin sevincinə səbəb olub. Hətta danışmayan uşağın anasının kaş ki, övladımın dilindən - Ana kəlməsi çıxardı, deməsi və onun işinin son dərəcədə yüksək keyfiyyətlə nəticələnməsi, həmin ananın bir ömür boyu xoşbəxtliyinə səbəb oldu. Şükürlər olsun ki, həmin balamız hal-hazırda məktəbə gedir.
Bele bir deyim var: “Bir kişinin savadlı olması - bir nəfərin savadlı olmasıdır. Bir qadının savadlı olması isə bir ailənin övladlarının və bütövlükdə cəmiyyətin savadlı olması deməkdir”.
Yeni ailə quran cütlüklərə Nigar xanımın tövsiyyəsi odur ki, çalışın özünüz üçün deyil, cəmiyyətə, vətəninə faydası olacaq övladlar böyüdəsiniz. Necə ki, 44 günlük Vətən müharibəsində vətənimizi qoruyan igid oğlanlarımız bədnam düşmənə meydan oxudular və torpaqlarımızı işğaldan azad etdilər. Fürsətdən istifadə edib “Zəfər Günü” və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımızı təbrik edirəm!
Elmira Ağayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB