İstanbulda Zəfər gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

İstanbulda Zəfər gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Türkiyənin İstanbul şəhərində Bayrampaşa bələdiyyəsinin Gənclik mərkəzində 8 Noyabr- Zəfər gününün iki illiyi ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə ANESİAD-ın müdür müavini Halil Mert, ehtiyyatda olan zabit Akif Qasımov, İgdır Dərnəklər Federasiyasının rəhbəri Kamal Ulaş, Osmanlı Turan təşkilatının rəhbəri Şahin Çelik, İslahatlara Dəstək Mərkəzinin rəhbəri, hərbi-siyasi ekspert Elçin Axundzadə və İstanbulda fəaliyyət göstərən Mübariz İbrahimov adına orta məktəbin müdüri Aygün Həsənoğlu iştirak ediblər.

Tədbirdə çıxış edən Elçin Axundzadə Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu vurğulayıb. O, bu tədbirin Türkiyəni təhdid edən dövlətlərə qarşı Azərbaycanın hər zaman onun yanında olduğunu bildirən bir mesaj olduğunu qeyd edib.

E. Axundzadə Zəfər çalmış Azərbaycan dövlətinin daim Türkiyənin yanında olduğunu Türkiyədə fəaliyyət göstərən KİV nümayəndələrinə bildirib.

Qeyd edək ki, tədbir İstanbulda fəaliyyət göstərən Mübariz İbrahimov adına orta məktəbin müdüri Aygün Həsənoğlu, İslahatlara Dəstək Mərkəzinin rəhbəri, hərbi-siyasi ekspert Elçin Axundzadə, ehtiyyatda olan zabit Akif Qasımovun təşkiçatçılığı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə