Türk qardaşlarımıza mükafatlar təqdim olundu - FOTOLAR

Türk qardaşlarımıza mükafatlar təqdim olundu - FOTOLAR

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası yeni “Vəfa” mükafatı təsis edib. Bu mükafat 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərimizin ikinci ildönümü münasibətilə təsis edilib. SİA xəbər verir ki, noyabrın 4-də Türkiyənin Pendik Bələdiyyəsinin dəstəyi və dəvəti ilə İstambulda Atatürk Mərkəzində Assosiasiyasının rəhbəri Sevil Yusifova “Vəfa” mükafatlarını sahiblərinə təqdim edib.

O, tədbirdə çıxış edərək, tədbir iştirakçılarını salamlayıb və Vətən muharibəsində qazandığımız Şanlı Qələbədə türk qardaşlarımızın da öz payı olduğunu diqqətə çatdırıb. Natiq, Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti, qəhrəmanlığı barədə və tarixi köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı haqqında da söhbət açıb. Sevil Yusifova 44 günlük Zəfər Savaşımız zamanı bizim yanımızda olan bütün türk xalqına, qurum və təşkilatlara, xüsusilə Türk mediasına təşəkkür edib.

Sonra mükafatlar sahiblərinə təqdim olunub. Mükafat alanlar arasında Uşaq Oyunları Spor Klubları Federasiyasının (COSKF) başkanı Mehmet Mutlu, İstanbul Qızılay komitəsi başkanı Kadem Ekşi, İnsan Hak ve Hüriyyetleri Yardım Vakfınınn (İHHF) Orta Asiya-Kafkasiya masası başkanı Salih Cundullah Tanış, Türkiyə Radio və Televiziya Kurumunun ( TRT TV) xəbər koordinatoru Sabri İşbilen, Yeni Şafak mediya qurumunun xarici xəbərlər şefi Sernur Yassıkaya, TVNET-in müxbiri Yunus Emre Şahbenderoğlu, Bengü Türk TV-nin İstanbul müxbiri Elif Yeşilalıoğlu, Ana Haber TV, Yurd və İstanbul xəbər müdiri Kerim Ulak da vardı.

Jurnalist Qadınlar Assosiasiyası Azərbaycanın haqq səsinin dünyaya yayılmasında əməyi olan: Ankara Əmniyyət müdiri Ahmet Sula, Haberler.com mediya şirkətinin rəhbəri Bədia Teymur, Türkiyə dövlət sənətçisi Mehmet Tarakçı, “Focus creative” şirkətinin rəhbəri Akif Karaman, Pendik bələdiyyə başqanı Ahmet Cin, “Buson Collection”un rəhbəri Songül Başar da Fəxri fərmanla təltif edilib.

Tədbirin aparıcısı məşhur teatr oyuncusu, yazar Mustafa Sefa Güvenrin idi.

Bütün xəbərlər Facebook səhifəmizdə