“Qələbəyə gedən yol” adlı rəsm sərgisi təşkil olunub - FOTOLAR

“Qələbəyə gedən yol” adlı rəsm sərgisi təşkil olunub - FOTOLAR

2 noyabr 2022 ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə təsviri incəsənət müəllimi Təranə Əhmədovanın təşəbbüsü ilə Zəfər gününə həsr olunmuş “Qələbəyə gedən yol” adlı rəsm sərgisi təşkil olunub. SİA xəbər verir ki, xalq rəssamı, professor Arif Hüseynov və ARİ- nin üzvü, layihə rəhbəri, sərgi-tədbir təşkilatçısı Elnurə İsgəndərova sərgidə fəxri qonaq olublar.

Sərgidə iştirak edən şagirdlər lisey tərəfindən təşəkkürnamə, ilk üç yerə layiq görülənlər isə diplomla təltif olunublar. Qonaqlar sərgiyə dəvətə görə liseyin direktoru Fərqanə İsayevaya, sərginin təşkilində göstərdikləri dəstəyə görə liseyin sinifdənxaric və məktəbdənkənar təşkilatı işlər üzrə direktor müavini Nigar Axundovaya, Uşaq Birliyi Rəhbəri Fəridə Rizvanovaya təşəkkürlərini bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə