Suraxanı rayon Gənclər Mərkəzində sərgi olub - FOTOLAR

Suraxanı rayon Gənclər Mərkəzində sərgi olub - FOTOLAR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Gənclər Evi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Kuzey Kıbrıs Türk Cumhuriyyeti Bakı təmsilçiliyinin dəstəyi ilə ötən gün Suraxanı rayon Gənclər Mərkəzində Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçiliyinin mədəniyyət və təhsil ateşesi Tevfik Ulualın Qarabağ Zəfərinə həsr olunmuş "Qardaş Ölkələr" adlı silsilə sərgisi təşkil olunub və 44 əsəri sərgilənib. SİA xəbər verir ki, sərginin layihə rəhbərləri Elnurə və Aygün İsgəndərovalar olub.

Öncə Azərbaycan və Türkiyə dövlətlərinin dövlət himni səsləndirilib. Torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sərgini giriş sözü ilə açan Elnurə İsgəndərova Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçiliyinin mədəniyyət və təhsil ateşesi, məhşur fotoqraf Tevfik Ulualın silsilə sərgilərinin böyük maraqla qarşılandığını bildirib. Çıxış üçün söz Suraxanı rayon icra başçısı Əziz Əzizov cənablarına verilib. Gələn qonaqları salamlayıb sərginin Suraxanı Gənclər Mərkəzində təşkil olunmasının təqdirə layiq olduğunu bildirib.

Çıxış edənlərdən Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Cahit Bağçı, Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçisi Ufuk Turguner, Xalq rəssamı, professor Arif Hüseynov çıxışlarında sərginin qardaş ölkələrin birliyinə böyük töhfə olduğunu bildirdilər. Tevfik bəyə yaradıcılıq uğurları arzuladılar. Eyni zamanda sərgidə Suraxanı Gənclər Mərkəzinin dərnək müəlliməsi, ARİ-nin üzvü, El Art Studiyanın rəhbəri Elnara İsgəndərovanın tələbələrinin zəfərə həsr etdikləri əsərlər də sərgilənirdi.

Sərgidə müxtəlif media nümayəndələri iştirak ediblər. Sonda əməyi olan bir qrup əməkdaş Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçiliyi adından və Suraxanı Gənclər Evi adından diplomlarla təltif olunublar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə