Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən 8 Noyabr – Zəfər Günü ərəfəsində rayondakı şəhid ailələri ziyarət olunur.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov Vətən müharibəsi şəhidləri Təbriz Cəfərovun və Mürşüd Əhmədzadənin ailələrini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Görüşlər zamanı 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan ordusunun tarixi qələbəsindən danışılıb, şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
Şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB