Fazil Məmmədov dəfn edilib

Türkiyədə xəstəxanada vəfat edən sabiq vergilər naziri Fazil Məmmədov dəfn edilib.

SİA-nın məlumatına görə, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasiminə onun ailə üzvləri, tanışları, bir sıra ictimai xadimlər qatılıblar.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsini icra edib. O, eyni zamanda 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə