Noyabrın 10-11-də Bakıdakı Rus Evində Rusiya ali məktəblərinin sərgisi keçiriləcək. Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, sərgidə ölkənin 9 şəhərindən Rusiyanın 16 ali məktəbi təmsil olunacaq.
Sərgidə Rusiya Xalqlar Dostluğu Universiteti, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, A.İ.Hersen adına Rusiya Dövlət Humanitar Universiteti, Kazan Federal Universiteti və başqaları iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB