Sürücülük vəsiqəsi üzərində olmayanları cərimə gözləyirmi? - BŞDYPİ BÖLMƏ RƏİSİ AÇIQLADI
"Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinin 1-ci hissəsində avtomobili idarə edən sürücünün üzərində hansı sənədlərin olmalı olduğu qeyd olunub. Sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, etibarnamə ilə idarə edilirsə onun sənədi, hüquqi və vəzifəli şəxsin təqdim etdiyi yol vərəqələri varsa, bunlar sürücünün üzərində olmalıdır." Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi əvəzi Araz Əsgərli söyləyib.
Onun sözlərinə görə, sürücünün vəsiqəsi özündə olmasa belə, uzun illərdir ki, artıq Daxili İşlər Nazirliyinin müvafiq sistemində, eləcə də yol patrul xidmətlərinin fəaliyyətini həyata keçirən əməkdaşların üzərindəki texniki qurğularda bu məlumatlar tam inteqrasiya olunmuşdur: “YPX inspektoru sürücünün məlumatını daxil edərək onun haqqında lazımi informasiyanı öyrənə bilər. Məlumatlar əsasında yol polisi əməkdaşı inzibati xəta üzrə tətbiq olunan protokolda lazım gəldikdə məhz bu sistem vasitəsi ilə həyata keçirilir. Onsuz da yol polisi əməkdaşı həmin sadaladığımız avadanlıqlar olmasa, sürücüyə cərimə tətbiq edə bilməz. Beləliklə də xidmətini bu istiqamətdə praktiki olaraq apara bilməz. Yəni, birmənalı şəkildə deyə bilərəm ki, sürücülük vəsiqəsinin məlumatları bizim əməkdaşlarımızda var. Heç bir əməkdaşımız da hər hansı bir sürücünü saxlayaraq sürücülük vəsiqəsi üzərində olmadığına görə ona inzibati protokol tərtib etmir. Amma hər bir sürücüyə tövsiyə olunur ki, onlar sənədlərini üzərlərində gəzdirsinlər çünki bu, onun qanuni öhdəliyidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə