Azəriqaz: Əhali kateqoriyası üzrə abonentlərin 60 faizi limiti keçməyib – AÇIQ QAPI

Azəriqaz: Əhali kateqoriyası üzrə abonentlərin 60 faizi limiti keçməyib – AÇIQ QAPI

İB rəsmisi: Gələn il daha 140 yaşayış məntəqəsi qazlaşdıralacaq

“Bu gün “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası baş tutub. Jurnalistlərin və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanıb. Azəriqaz rəsmiləri həftə ərzində görülən işlərlə bağlı məlumat verib, onlara ünvanlanan sualları cavablandırıblar.

İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, qaz təchizatı ilə bağlı tələb artıqlaması ilə ödənilir, xüsusən də istikliklə bağlı istənilən vaxt ehtiyac olan qədər qaz verməyə hazırdılar. Şöbə rəisi qeyd edib ki, əhali abonentlərinin 60 faizi limiti keçməyib ki, bu da qənaətli qaz cihazlarının istifadəsinin daha da kütləviləşməsi ilə bağlıdır.

İ.Kərbalayev qeyd edib ki, bu il ərzində qazlaşdırılan yaşayış məntəqələrinin yekun sayı 114-dür, gələn il isə daha 140 yaşayış məntəqəsinin qazlaşdırılacağı planlaşdırılır.

İB-nin ayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bildirib ki, artıq dəyişdirilməsinə ehtuiyac olan 600 min ədəd sayğacın 240 mini yenilərlə əvəz olunub. Bunun təxminən yarısı smart sayğaclardır, bundan sonrakı alışlarda isə Azəriqaz ancaq smart sayğaclar alıb quraşdıracaq. Smart sayğaclar mexanikilərə nisbətən daha düzgün işləyir və qaz sərfiyyatını da ondan az yazır. Bununla bağlı, Gəncə Cihazqayırma Zavodu ilə əməkdaşlıq Memarandumu imzalanıb. Bu çərçivədə hələlik 2 min ədəd sayğac hazırlanıb, həmin sayğaclar sınaqdan uğurla keçərsə sifariş artırılacaq.

Görüşdə jurnalstlər və ekspertlər abonentləri maraqlandıran sualları Azəriqaz rəsmilərinə ünvanlayıblar. Podratçı şirkətlərlə abonentlər arasında olan bəzi anlaşılmazlıqlarla bağlı suala cavabında İbrahim Kərbalayev bildirdi ki, 70-dən artıq şirkət lisenziya əsasında işləyir və onlar Azəriqaz-a bağlı deyil. Vətəndaşlar hər hansı bir şirkətin qiymət və xidmət keyfiyyəti ilə razılaşmadıqda seçimləri çoxdur.

İB rəsmisi qaz borularına hava vurulması prosesinin bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qəsdən qərəzli təqdim edilməsi ilə bağlı bildirdi ki, bu proses təhlükəsizlik və təmizlənmə prosesidir və bunun abionetlərə heç bir texniki və ya maddi zərəri ola bilməz.

Sayğacların koda düşməsi ilə məsələlərə gəldikcə Rövşən Məhyəddinov qeyd etdi ki, bununla bağlı izahlı təlimat rolikləri hazırlanıb, yayılıb, Azəriqaz-ın saytında və digər internet resurslarda var, əgər abonent belə hallarda bunu özü edə bilmirsə, idarəyə müraciət etməlidir, bu halda təmənnasız xidmət göstəriləcək.

Qeyd edək ki, hər həftənin 5-ci günü Azəriqaz İB-nin inzibari binasında Açıq Qapı aksiyası keçirilir. Bu görüşlərdə İB rəsmiləri suallara aydınlıq gətirilir və şikayətlərin araşdırılmasını təmin edirlər.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə