İkitərəfli görüşlər münasibətlərin normallaşmasına öz töhfəsini verəcək

İkitərəfli görüşlər münasibətlərin normallaşmasına öz töhfəsini verəcək

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.

Dövlət başçılarının bu intensiv görüşləri ikitərəfli görüşlərin əhəmiyyətli olduğunu, ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

Bu ilin may ayında üçtərəfli formatda keçirilən son görüşdən sonra həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əhəmiyyətli sayda təmaslar baş tutub. Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. Vətən müharibəsindən sonra Moskvada keçirilən bütün görüşlərin gündəliyi müharibə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlıdır. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə keçirilən ikitərəfli görüşdə birmənalı olaraq bildirib ki, Qarabağ münaqişəsi artıq tarixdir, o iki il əvvəl həll olunub, burda praktiki olaraq müzakirə edilməli məsələ yoxdu.

Cənab Prezident İlham Əliyev çıxışında dəvətə görə təşəkkürünü bildirib, yenidən görüşdüklərinə şad olduğunu vurğulayıb. Son iki il ərzində ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı qeyd etmək imkanımız olub. Bugünkü görüş bizim regional məsələlərə həsr edilib. Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu.

Prezident vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Bu məsələdə Putinin şəxsi rolunu yüksək qiymətləndirib: Sizin təşəbbüsünüzlə keçirilən görüşlər normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik.

Bu görüş Azərbaycanın qətiyyətli və dəyişməz mövqeyinin növbəti bariz nümunəsi idi. Görüşün Azərbaycanın iradəsi çərçivəsində keçirilməsi Putinin nitqində də öz əksini tapdı. Azərbaycanın prinsipial mövqeyini və proseslərin rəsmi Bakının iradəsi çərçivəsində inkişaf etdiyini bir daha təsdiqlədi.

Aidə Quliyeva

Xəzər rayonu, 262 nömrəli məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə