Unikallığı ilə seçilən və Azərbaycanın brendi kimi tanınan DOST konsepsiyası artıq dünyanın mütərəqqi təcrübələri sırasındadır. DOST təcrübəsini öyrənmək üçün müraciət edən ölkələrin sayı da artmaqdadır. Hazırda beynəlxalq qurumlar DOST təcrübəsinin digər ölkələrdə də tətbiqini təşviq edirlər. ƏƏSMN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, DOST Agentliyi və DOST mərkəzləri Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi nəticəsində Azərbaycanda dövlət sosial xidmətləri müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən təqdim edilir. Ötən dövrdə vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi də 98,2 faiz təşkil edib.
Bildirilib ki, beynəlxalq səviyyədə bu təcrübə yüksək qiymət alır: təkcə bu il DOST Agentliyi 6 beynəlxalq mükafatla təltif edilib. O cümlədən bu günlərdə Dünya Sosial Təminat Forumunda (Mərakeş) da DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən Mükəmməllik Sertifikatına layiq görülüb.
İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən Agentliyin bu ilki fəaliyyətinə dair təqdimat edilib.
Bildirilib ki, 2019-cu ilin may ayında DOST Agentliyi vəbundan sonra 5 DOST mərkəzi açılıb. Bu il DOST mərkəzlərində 471,5 min, ümumilikdə ötən dövrdə 1 122 650 vətəndaşa xidmət göstərilib. Mərkəzlərdə sosialmüdafiə və sosial təminat, tbbi-sosial ekspertiza vəreabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələriüzrə 153 xidmət "bir pəncərə"dən təqdim edilir.
İclasda DOST Agentliyinin bu ilki fəaliyyətinin nəticələri vəqarşıda duran hədəflər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB