Erkən nikahın qarşısı necə alınmalıdır? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ
"Erkən nikahların olması çox zaman qohum evliliyinə görə olur. Erkən nikahlar hər zaman gündəmdə olan bir məsələ olub. Erkən nikahlar adətən ailələrin öz istəyi övladlarını evləndirmək məsələsidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib:
Onun sözlərinə görə, erkən nikahların qarşısını almaq üçün ilk əsas hədəf hamının təhsil almasıdır. Çünki Azərbaycanda belə bir tendensiya var ki, oxumursansa o zaman ailə qurmalısan və bu məsələ oğlan uşaqlarında biraz uzana bilər. Beləki onun hərbi xidməti olur amma qızlarda bu düşüncələr çox fərqlidir. Artıq şəhərdə bu vəziyyətin azalması müşahidə olunur yalnız rayonlarımızda hələ də erkən nikah məsələsi qalıb. Bunun üçündə maarifləndirici tədbirlərin görülməsi lazımdır. Bu maarifləndirici tədbirlərdə valideynlərə daha çox məlumat verilməlidir ki, erkən nikahın fəsadları nə ola bilər, bunun sonu necə bitə bilər və s. Bundan əlavə, televiziyamızda da psixoloji və maarifləndirici sosial çarxların və verlişlərin efirə getməsi vacibdir. Düşünürəm ki artıq erkən nikah zaman keçdikcə aradan qalxır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB