4 kəndin baş planlarının hazırlanması yekunlaşdırılır - Emin Hüseynov

4 kəndin baş planlarının hazırlanması yekunlaşdırılır - Emin Hüseynov

“Qarabağ İqtisadi rayonlarında Hadrut, Suqovuşan qəsəbələri, Tuğ və Talış kəndlərinin Baş planlarının hazırlanması yekunlaşmaqdadır”.

SİA-nın xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü-Zəfər Gününə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, indiyədək 260-dan çox şəxs mina partlayışı nəticəsində yaralanıb və həyatını itirib: “Azad edilən ərazilərin 13 faizi minalardan təmizlənib. Bu proses hazırda da davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə