Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın tikintisinə başlanılacaq

Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın tikintisinə başlanılacaq

Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxanın tikintisinə başlanılacaq.

SİA-nın xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü-Zəfər Gününə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda İmarət Kompelksində də bərpa işlərinə başlanılacaq: “Azərbaycan bu gün regionun lider ölkələrindən biridir. Prezident İlham Əliyevin prinsipial mövqeyi tarixi qələbəmizi şərtləndirən başlıca amil olub. Prezident azad edilən əraziləri addım-addım gəzir, bu ərazilərin bərpa olunmasına çalışır”.

Bütün xəbərlər Facebook səhifəmizdə