Karantin rejminin uzadılması ilə bağlı CƏMİYYƏTİN DÜŞÜNCƏLƏRİ - SORĞU

Karantin rejminin uzadılması ilə bağlı CƏMİYYƏTİN DÜŞÜNCƏLƏRİ - SORĞU

Artıq 3 ilə yaxın bur müddətdir ki, dünya olaraq pandemiya şəraitində yaşayırıq. Covid-19-la mübarizədə ölkəmiz çox ciddi işlər görür və görməyə də davam edir. Soyuqların gəlməsi ilə viruslar da baş qaldırıb. Koronavirusa yoluxanların sayı minimun olsa da hələ də sıfır deyil. Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejmi 1 yanvar 2023-cü il tarixinə qədər uzadıldı. SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Naib Qurbanov: “Sözsüz ki, pandemiya bizim həyatımızda çox izlər buraxıb. Karantin rejmi sərtləşdirildi. Hər kəs evində oturmalı oldu. Virus çox insanın həyatına son qoydu. Ölkəmiz çətin bir dönəmdən keçib. Amma hər pis şeyin sonu kimi bu da yavaş-yavaş aradan qalxır. Hər kəs öz əvvəlki həyatına dönür. Karantin rejminin uzadılması elə də cəmiyyətimizə təsir etməyəcək”.

Şəhər sakini Səadət Bünyadova: “Təbii ki, pandemiya hər kəsin həyatına çox pis təsir etmişdir. Çox insan bu virusa yoluxmuş, bəziləri ağır, bəziləri yüngül keçirib. Hətta bir çox insan sevdiyini itirib. İndi əvvəlki həyatımıza geri dönmüşük. gündəlik olaraq rahat şəkildə işə gedir, işlərimizi həll edirik. Karantin rejminin uzadılması tədbir məqsədli ola bilər”.

Şəhər sakini Aftandil Rzayev: “Pandemiya dövrü həm bizim üçün, həm də ölkəmiz üçün çətin olub. Hər yerdə maska ilə gəzirdik. Açıq bölgələrdə belə. Kütləvi şəkildə yığıncaqlara icazə verilmirdi. Saat rejmi ilə hərəkət edirdik. Amma artıq o günlər geridə qaldı. Düzdür hələ də karantin rejmi tam ləğv edilməyib. düşünürəm ki, bu bizim həyatımıza o qədər də təsir etməyəcək”.

Şəhər sakini Mahirə Həsənova: “Karantin rejminin uzadılması məncə, hələ də təklükənin olduğunu göstərir. Biz çox çətin günləri arxada qoymuşuq Yenə də özümüzə, ailəmizə qarşı diqqətli olmalıyır. Bu fəsildə viruslar artır. Özümüzü qotumalıyıq”.

Şəhər sakini Hafiz Bəşirov: “indi bu virusun o qədər də ciddi təhlükəsi yoxdur. Amma yenə də diqqətli olmalıyır. Xüsusilə də uşaqları qorumalıyıq. İstər korona, istərsə də başqa virus insanın bədəninə düşəndə orada iz buraxır. Karantin rejminin uzadılması heç nəyi dəyişdirməyəcək. Bu günlər də gəlib-keçəcək”.

Şəhər sakini Nicat Aslanov: “Hər dövrdə insanlar viruslarla mübarizə aparıb. İki ildən çoxdur ki, dünya da, ölkəmiz də koronavirusla mübarizə aparır. Virusun ölkəmizə, dünyaya çox böyük fəsadları olub. Ölkəmiz bu virusun qarşısını almaq üçün hər tədbiri görüblər. Artıq virus azalır, demək olar ki, heç yoxdur. Sadəcə soyuq havalar bu kimi virusların yaranmasına səbəb olur. Ona görə diqqətli olmalıyıq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə