Bu gün texniki imkanların ən optimal həddi tətbiq olunur - QURUM RƏSMİSİ AÇIQLADI

Bu gün texniki imkanların ən optimal həddi tətbiq olunur - QURUM RƏSMİSİ AÇIQLADI

“Bu gün Bakı Metropolitenində sıxlığın olması təbii ki reallıqdır. Yeni tədris mövsümü başlamamış Metropoliten bununla bağlı proqnoz verirdi və buna hazırlaşırdı”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, sadəcə olaraq Bakı Metropoliteninin texniki imkanları var və bu imkanlar həddində bu gün ən optimal qaydada qatarların hərəkəti təmin olunur: “Yəni müəyyən saatlarda qatarların hərəkəti “28 May” - “Həzi Aslanov” istiqamətində 2 dəqiqəlik intervalla tənzimlənir. Sadəcə olaraq Bakı Metropoliteninin əsas problemi ondan ibarətdir ki, yaşıl və qırmızı xətlər “28 May” stansiyasında birləşir. Daha sonra “Həzi Aslanova” qədər bir xətlə hərəkət təşkil olunur. Bu səbəbdən “28 May”dan sonrakı “İçərişəhər” , “Dərnəgül” istiqamətində hərəkətdə artıq qatarların intervalından ən azı iki dəfə fərq yaranır.
Mövcud vəziyyətdə Bakı Metropoliteni qatar təczizatı baxımından hər gün xüsusi moritorinqlərini aparır. Bu moritorinqlərə uyğun olaraq səhər və axşam gur saatlarından əlavə tədris mövsümündə birinci növbənin dərsləri başa çatdıqdan sonra yaranan sıxlığın da aradan qaldırılması üçün də zəruri ehtiyat qatarlar xəttə buraxılır. Konkret nümunə olaraq bu gün ehtiyyat qatarlardan biri hərkət intervalına uyğun olaraq bir saat ərzində “Memar Əcəmi” və “Neftçilər” stansiyaları arasında dövr edir. Sıxlıq aradan qaldırıldıqdan sonra isə xətdən çıxarılır. Bunlardan əlavə olaraq təbii ki, sxılığın optimal həddi nəzərə alınaraq stansiyalarda da vahid tənzimlənmə mexanizmləri tətbiq olunur. Xüsusilə də “Koroğlu”, “20 yanvar”, “Memar Əcəmi”, “Elmlər Akademiyası”, “28 May” və digər stansiyalarda da xüsusi tənzimlənmə mexanimzləri tətbiq olunur. Bu tənzimlənmə mexanizmləri ilk növbədə nəzarətdən başlayır.
Qeyd etdyim kimi bu gün Bakı Metropoliteni bütün texniki və insan resursları poetensialını məhz bu sıxlıq şəratində metropolitenin daha təhlükəsiz xidmət göstərməsinə yönləndirib. Əmin ola bilərsiniz ki, texniki imkanların ən optimal həddi bu gün tətbiq olunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə