Ölkədə dərmanların keyfiyyəti hansı formada yoxlanılır? - QURUM RƏSMİSİNDƏN AÇIQLAMA

Ölkədə dərmanların keyfiyyəti hansı formada yoxlanılır? - QURUM RƏSMİSİNDƏN AÇIQLAMA

“Azərbaycana idxal edilən bütün dərman vasitələrinin tərkibi yoxlanılır”. Bu sözləri SİA-ya açıqlamasında AEM-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli bildirib. Onun sözlərinə görə, bu analizlər Analitik Ekspertiza Mərkəzinin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında aparılır:
“Hər bir dərman vasitəsinin istehsal edildiyi ölkədən asılı olmayaraq normativ texniki sənədi olur. Əgər dərman vasitəsinin keyfiyyətinin yoxlanılması zamanı əldə olmuş nəticələr həmin normativ texniki sənəddə göstərilmiş keyfiyyət parametrlərinə cavab verirsə, dərman vasitəsi keyfiyyətli hesab olunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə