Apteklərdə niyə dərman tapılmır ? - DEPUTAT AÇIQLADI

Apteklərdə niyə dərman tapılmır ? - DEPUTAT AÇIQLADI

“Çox cüzi miqdarda dərmanlar var ki, onlar Azərbaycanda istehsal olunur. Yəni biz dərmanların əksəriyyətini digər ölkələrdən alırıq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu gün də dərman aldığımız bəzi dövlətlərdən dərmanların gəlməsi ilə bağlı müəyyən problemlər və gecikmələr baş verir: “Məsələn, Rusiya və Ukrayna arasında gedən müharibə ilə əlaqədar olaraq, həmin ölkələrdən aldığımız dərmanların hazırda idxal prosesində problemlər müşahidə olunur.
Amma bir məsələ var ki, həkimlər xəstələrə dərman adları ilə yox, onun tərkibinə görə yazmalıdırlar. Çünki eyni tərkibdə olan dərmanlar müxtəlif ölkələr tərəfindən müxtəlif adlarda istehsal olunurlar. Buna görə də həkimlər də xəstələrə dərman yazdıqda tərkibinə görə yazmalıdırlar ki, bir dövlətin istehsal etdiyini tapmadıqda digər dövlətin istehsal etdiyi dərmanı tapmaq mümkün olsun. Mənə elə gəlir çətinliklər də bu məsələlərlə əlaqədardır. İnsanların əksəriyyəti artıq hansı adda dərmanı bu günə qədər alıbsa, o adda da dərman axtarırlar. Bu zaman da artıq müəyyən çətinliklər, gecikmələr səbəbi ilə ölkəmizə gətirilə bilməyən dərmanları tapmaq olmur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə